Kişilərdən ibarət İran milli futbol komandası 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştirakdan rəsmi şəkildə imtina etməyib.
"PostMedia" xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının baş katibi Vindsor Con məlumat verib.
Onun sözlərinə görə, hazırda vəziyyət gərgindir və müxtəlif fikirlər səsləndirilir. Lakin komandanın iştirak edib-etməməsi ilə bağlı qərarı ölkənin futbol federasiyası verir.
“Hazırda İran Futbol Federasiyasının mövqeyi dünya çempionatında iştirak etməkdir. Onlar Asiya Futbol Konfederasiyasını təmsil edirlər və biz ümid edirik ki, yarışa qatılacaqlar”, – deyə o bildirib.
Daha əvvəl İranın idman naziri komandanın ABŞ-da oyun keçirməsini istisna etmiş, lakin yalnız Meksikada oynamaq şərti ilə dünya çempionatında iştiraka müsbət yanaşdığını qeyd etmişdi.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçiriləcək.
