6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Ronaldonun “Al-Nassr” klubu ilə növbəti oyunu boykot etməsi gözlənilir

02-fevral-2026
Ronaldonun “Al-Nassr” klubu ilə növbəti oyunu boykot etməsi gözlənilir
Yazı Ölçüsü:
Portuqaliya millisinin və “Al-Nassr”ın 40 yaşlı hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı klubundakı vəziyyətdən narazıdır və ilk oyunlarda iştirak etməməyi planlaşdırır.
"PostMedia" portuqal mətbu orqanı "A Bola"ya istinadən xəbər verir ki, Ronaldo “Al-Nassr”ın növbəti oyununda “Er Riyad” komandası ilə keçiriləcək matçda iştirak etməyəcək. O, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu tərəfindən klubun idarə olunmasından və kifayət qədər investisiya edilməməsindən narazıdır.
Ronaldo hesab edir ki, “Al-Nassr” rəhbərliyi kluba zərər verir və transfer bazarında “Al-Hilal” ilə müqayisədə kifayət qədər aktiv deyil.
Ronaldo 2023-cü ildən “Al-Nassr”da çıxış edir və onun müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031