6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Mark Qehi "Mançester Siti"yə transfer olunacaq

19-yanvar-2026
Mark Qehi "Mançester Siti"yə transfer olunacaq
Yazı Ölçüsü:
"Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Qehi "Mançester Siti"yə keçəcək. İngiltərə millisinin 25 yaşlı futbolçusu artıq Mançester klubu üçün tibbi müayinənin ilk hissəsindən keçib.
"PostMedia" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Klublar artıq razılığa gəliblər. Transfer məbləği 20 milyon funt sterlinq təşkil edəcək. Həmçinin müqavilədə bonuslar da nəzərdə tutulub.
Mark Qehi "Çelsi"nin yetirməsidir və 2021-ci ildən "Kristal Pelas"da çıxış edir. Onun hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. Transfermarkt portalı Mark Qehinin transfer dəyərini 55 milyon avro qiymətləndirir.
Cari mövsümdə Mark Qehi London təmsilçisinin heyətində 33 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031