İspaniya çempionatının 20-ci turunda çempion və lider "Barselona" "Real Sosyedad"ın qonağı olub və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb.
"PostMedia" xəbər verir ki, meydan sahiblərinin heyətində ispaniyalı hücumçu Mikel Oyarzabal (32) və portuqaliyalı hücumçu Qonsalu Gedeş (71) fərqləniblər.
Almaniyalı Hans-Diter Flikin başçılıq etdiyi komandanın yeganə qolunu ingiltərəli hücumçu Markus Reşford (70) vurub.
Karlos Soler (, 88')Oyunun 88-ci dəqiqəsində "Real Sosyedad"ın oyunçusu Karlos Solerə qırmızı vərəqə verilib.
"Barselona" 49 xalla turnir cədvəlinə başçılıq edir və ikinci pillədə qərarlaşan "Real Madrid"i 1 xal qabaqlayır. "Real Sosyedad" isə 24 xalla 8-ci yerdədir.