6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Çelsi" Vinisius üçün 160 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb

06-yanvar-2026
"Çelsi" Vinisius üçün 160 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb
Yazı Ölçüsü:
Klublararası dünya çempionu Londonun "Çelsi" İspaniya vitse-çempionu "Real Madrid"in braziliyalı hücumçusu Vinisius Juniorun xidmətlərində maraqlıdır və qış transfer pəncərəsi zamanı təklif irəli sürəcək.
"PostMedia" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
İngiltərə klubu 25 yaşlı futbolçunun transferi üçün 160 milyon avro ödəməyə hazırdır. Vinisius 2018-ci ildən "Real"da çıxış edir və bu müddət ərzində üçqat İspaniya çempionu, ikiqat Çempionlar Liqasının qalibi olub.
Futbolçunun "Kral Klubu" ilə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. O, hələ ki, müqavilənin müddətinin uzadılması ilə bağlı təklifi qəbul etməyib.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031