6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Fərdi

Avropa çempionatı üzrə sambo yarışı Kiprdə start götürüb

23-aprel-2025
Avropa çempionatı üzrə sambo yarışı Kiprdə start götürüb
Yazı Ölçüsü:
Azərbaycan yığmasının da iştirak etdiyi Avropa çempionatı üzrə sambo yarışı bu gün Kiprin Limassol şəhərində start götürüb.
"PostMedia" xəbər verir ki, yarışda 27 ölkədən samboçular iştirak edir: Azərbaycan, Ermənistan, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, İsrail, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rumıniya, Serbiya, Ukrayna, Fransa, Xorvatiya, İsveçrə. Rusiya və Belarus idmançıları isə FIAS-1 və FIAS-2 adı altında çıxış edəcəklər.
Medallar kişi idman sambo­sunda, qadın idman sambo­sunda və kişi döyüş sambo­sunda oynanılacaq.
Qeyd edək ki, Avropa Sambo Federasiyasının konqresində qərara alınıb ki, gələn ildən etibarən böyüklər arasında keçirilən çempionatla gənclər üçün nəzərdə tutulan turnirlər ayrı-ayrı tarixlərdə təşkil olunsun.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031