6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

22 yaşlı gənc 102-ci hərbi bazanın atış poliqonuna daxil olub və partlayış nəticəsində xəsarət alıb

01-dekabr-2025
22 yaşlı gənc 102-ci hərbi bazanın atış poliqonuna daxil olub və partlayış nəticəsində xəsarət alıb
Yazı Ölçüsü:
Noyabrın 26-da Ermənistanın Aragatsotn vilayətində fövqəladə hadisə baş verib.
"PostMedia" xəbər verir ki, bu barədə SHAMSHYAN.com saytı məlumat yayıb.
Məlumata görə, təxminən saat 14:35-də əməliyyat məlumatı daxil olub ki, Sadunts kəndi yaxınlığındakı hərbi hissənin sahələrində mal-qaraya baxarkən partlayış nəticəsində bir şəxs sağ qol və sağ ayaq xəsarətləri ilə ilkin diaqnoz qoyularaq “Aparan” xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kritik qiymətləndirilib və sonradan helikopterlə “Erebuni” xəstəxanasına aparılıb.
Xəsarət alan şəxs Aragatsotn vilayətinin sakini, 22 yaşlı Abraham B.-dir. Polis və patrul əməkdaşları müəyyən ediblər ki, saat 14:00 radələrində qoyunları otararkən Abraham B. 102-ci Rusiya hərbi bazasının atış poliqonuna daxil olub və orada baş verən partlayış nəticəsində bədən xəsarətləri alıb.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031