Türkiyənin yanğınsöndürən təyyarəsi Xorvatiyada qəzaya uğradı - pilot həlak oldu
13-noyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Xorvatiyaya texniki təchizat üçün göndərilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqə kəsilib.
"PostMedia"nın məlumatına görə, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb ki, təyyarədə olan pilotla əlaqə saxlamaq mümkün olmayıb və Xorvatiyanın aidiyyəti qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatı başladılıb.
Bir müddət sonra Xorvatiya mətbuatı "Air Traktor AT-802" tipli təyyarənin qalıqlarının aşkar edildiyini bildirib. Rəsmi məlumatda təyyarənin Riyeka ilə Zaqreb arasında uçuş etdiyi və Senj şəhəri yaxınlığında qəzaya uğradığı qeyd olunub.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, təyyarənin qalıqlarına çatıldığını və pilotun şəhid olduğunu təsdiqləyib.