Ötən gün Azərbaycandan Türkiyəyə getmək üçün Gəncə hava limanından havaya qalxan və Gürcüstan ərazisində qəzaya uğrayan “C-130” tipli hərbi təyyarədə olan 20 nəfər hərbçinin hamısı şəhid olub.
“PostMedia” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
“Azərbaycandan ölkəmizə gəlmək üçün havalanan “C-130” tipli hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Azərbaycan və Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb”.
Nazirliyin açıqlamasına görə, təyyarə Gəncə hava limanından 13:20-də havalanıb, lakin 27 dəqiqə sonra radar əlaqəsi kəsilib.
Gürcüstan xilasetmə qrupları təyyarənin qalıqlarına saat 17:00-da çatıb. Ərazi təhlükəsizliyə alınaraq, qəza araşdırma qrupu bölgəyə göndərilib.
Türkiyə tərəfi artıq şəhid olan hərbçilərin adlarını açıqlayıb.
Hərbi Hava Qüvvələrinin Pilot Mayor Serdar Uslu
Hərbi Hava Qüvvələrinin Pilot Mayor Nihat İlgen
Hərbi Hava Qüvvələrinin Pilot Kapitan Gökhan Korkmaz
Hərbi Hava Qüvvələrinin Pilot Baş Leytenant Cüneyt Kandemir
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Baş Leytenant Emre Mercan
Hərbi Hava Qüvvələrinin Nəqliyyat üzrə Uzman Çavuş Emre Sayın
Hərbi Hava Qüvvələrinin Təchizat Giziri, Baş Çavuş Ahmet Yasir Kuyucu
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, MAXE Baş Çavuş Nuri Özcan
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, MAXE Baş Çavuş Ümit İnce
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Üstçavuş Berkay Karaca
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Üstçavuş İlhan Ongan
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Üstçavuş Burak İbbiği
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Baş Çavuş Burak Özkan
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Baş Çavuş Emrah Kuran
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Baş Çavuş Emre Altıok
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Baş Çavuş İlker Aykut
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Baş Çavuş Hamdi Armağan Kaplan
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri, Baş Çavuş Akın Karakuş
Hərbi Hava Qüvvələrinin Təyyarə Texniki Giziri Ramazan Yağız.
Allah rəhmət eləsin!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 12, 2025



