Gürcüstanın daxili işlər naziri Geka Geladze Azərbaycanla sərhəddə yerləşən və Tqrkiyə təyyarəsi qəzaya uğrayan Siqnaqi ərazisinə gedib.
"PostMedia" xəbər verir ki, bu barədə “Gruzya Online” məlumat yayıb.
Nazirlə birlikdə hadisə yerində onun birinci müavini Roland Meskhi, Kaxetiya üzrə dövlət nümayəndəsi Giorgi Aladaşvili və Daxili İşlər Nazirliyinin aidiyyəti strukturlarının əməkdaşları da olub.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Siqnaqi bələdiyyəsi ərazisində – Azərbaycan sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurmuş.
Gürcüstanın hava naviqasiyası xidmətinin məlumatına əsasən, Türkiyəyə məxsus "C-130" tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstanın hava məkanını keçdikdən bir neçə dəqiqə sonra radarlardan itib və heç bir təcili siqnal göndərmədən əlaqə kəsilib. Bunun ardınca axtarış-xilasetmə işləri başlayıb.
Türkiyənin Müdafiə Nazirliyi də Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında Türkiyəyə məxsus "C-130" nəqliyyat təyyarəsinin qəzasını təsdiqləyib.