Elektromobil qəzası "Xiaomi"nin səhmlərini kəskin ucuzlaşdı
13-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Çinin Çenqdu şəhərində "Xiaomi"nin "SU7" elektromobili qəza edərək alovlanıb. Qəza zamanı qapıların kilidlənməsi nəticəsində 1 nəfər dünyasını dəyişib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, qəza şirkətin "Hong Kong" fond birjasında hərracda olan səhmlərinin 8,7% ucuzlaşmasına səbəb olub.
Hadisə ilə bağlı yayılan görüntülər və şahid ifadələri göstərib ki, yoldan keçənlər yanan avtomobilin qapılarını açmağa çalışsalar da, buna nail ola bilməyiblər. Yangın yerli yanğınsöndürənlər tərəfindən yangın söndürücü ilə kontrol altına alınıb.
Çenqdu polisi açıqlayıb ki, qəza "SU7" markalı sedan ilə başqa bir avtomobil arasında toqquşma nəticəsində baş verib. Hadisə zamanı 31 yaşlı bir kişi ölüb və sürücünün içkili olduğu şübhəsi var.
Qeyd edək ki, bu qəza "SU7"nin bu ilk ikinci hadisəsidir.