İndoneziyada məktəbin çökməsi nəticəsində 1 məktəbli ölüb, 38 nəfər yaralanıb
30-sentyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
İndoneziyanın Şərqi Yava vilayətində yerləşən İslam internat məktəbinin çökməsi nəticəsində bir şagird həyatını itirib, onlarla insan isə dağıntılar altında qalıb.
"PostMedia" "Al Jazeera"yaya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda 38 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur. Xilasetmə işləri davam edir. İndiyədək 11 nəfər dağıntılar altından xilas edilib, 91 nəfər isə təhlükəsiz şəkildə binadan çıxa bilib.
Ümumilikdə 77 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Agentliyin açıqlamasında qeyd olunub ki, əsas diqqət hadisə yerinin təhlükəsizliyinin təmin olunmasına, qalan tikili hissələrinin izlənilməsinə və xilasetmə yollarının hazırlanmasına yönəldilib. Hadisə, həmçinin “tikinti təhlükəsizliyi standartlarının ciddi şəkildə tətbiq edilməsinin vacibliyini” bir daha gündəmə gətirib.
Məktəbin çökməsinin səbəbi binanın dayaqlarının dördüncü mərtəbədə beton işləri aparılarkən tab gətirməməsi olub. Hadisə tələbələrin günorta namazı üçün toplaşdığı vaxt baş verib.
Bu, İndoneziyada son bir ayda baş verən ikinci oxşar hadisədir. Sentyabrın 3-də Qərbi Yavanın Boqor bölgəsində Quran oxunuşu keçirilən icma zalının çökməsi nəticəsində azı üç nəfər həlak olmuşdu.