6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

İrəvanda Türkiyə nömrəli yük maşını qəza törədərək evin daş hasarını dağıdıb

07-aprel-2026
İrəvanda Türkiyə nömrəli yük maşını qəza törədərək evin daş hasarını dağıdıb
Yazı Ölçüsü:
Ermənistanın paytaxtı İrəvan şəhərində aprelin 6-da iri yol-nəqliyyat hadisəsi baş verib.
"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, saat 14:15 radələrində Türkiyə dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili Silikyan məhəlləsindən Şimal–Cənub yeni tikilmiş magistral yol istiqamətində hərəkət edərkən, "Müdafiə" adlı yeni yaşayış kompleksinin yaxınlığında başqa bir yük maşını ilə toqquşub.
Toqquşmadan sonra yük maşını hərəkətini davam etdirərək bazalt bordürü aşaraq dəmir elektrik dirəyini sındırıb, daha sonra isə yaxınlıqdakı evlərdən birinin daş hasarını dağıdaraq səkiyə çıxıb.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Lakin hadisə yerində olan bəzi vətəndaşlar bir nəfərin yaralandığını bildiriblər.
Hazırda qəza nəticəsində hər hansı şəxsin tibbi yardım alıb-almaması ilə bağlı məlumat dəqiqləşdirilir.
Müəllif
Arifə
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930