N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvlərinin meyitləri tapılıb

13-noyabr-2025
Türkan Nəbi
Qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvlərinin meyitləri tapılıb
Yazı Ölçüsü:
Gürcüstan və Türkiyə aidiyyəti qurumlarının üç gün davam edən axtarış-xilasetmə əməliyyatları nəticəsində Sıqnaği ərazisində qəzaya uğramış Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin göyərtəsində olan bütün 20 nəfərlik heyətin cəsədləri tapılıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
Gürcüstanın daxili işlər naziri Geka Geladze bildirib ki, “Heyətin bütün 20 üzvünün cəsədləri aşkarlanıb. Dünən 19 cəsəd morqa təhvil verilib, təxminən yarım saat əvvəl isə 20-ci cəsəd də tapılıb. Hadisə yerində məhkəmə-tibbi ekspertlər və istintaq qrupu işləməyə davam edir. Təyyarənin bütün texniki hissələri və qalıqları araşdırılıb, ekspertiza prosesi davam etdirilir”.
Nazir əlavə edib ki, istintaq və xilasetmə əməliyyatlarına həm Gürcüstan, həm də Türkiyə tərəfdən 1000-dən çox əməkdaş cəlb olunub. O, göstərilən dəstəyə görə Gürcüstan Daxili İşlər Nazirliyinin, Müdafiə Qüvvələrinin və Türkiyə tərəfinin nümayəndələrinə təşəkkür edib.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi noyabrın 11-də, Gürcüstan sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğramışdı. Hadisə nəticəsində təyyarədəki bütün 20 hərbçi həlak olub.
Kateqoriyalar