N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Əvvəllər Azərbaycanda saxlanıldığını iddia edən Rus blogerinin ölüm xəbəri yayılıb

29-oktyabr-2025
Turan Hüseynli
Əvvəllər Azərbaycanda saxlanıldığını iddia edən Rus blogerinin ölüm xəbəri yayılıb
Yazı Ölçüsü:
Rusiyada ekstremist elan edilən “Kişi Dövləti” hərəkatının qurucusu və bloger Vladislav Pozdnyakovun İndoneziyada öldürüldüyü barədə xəbərlər sosial şəbəkələrdə şübhə ilə qarşılanıb.
"PostMedia" xəbər verir ki, “SHOT” Teleqram kanalının məlumatına görə, onun guya güllələnməsi barədə yayılan foto və iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. İndoneziya hakimiyyəti və yerli media bu barədə heç bir açıqlama verməyib.
Sosial şəbəkə istifadəçiləri fotolardakı “güllə izlərinin” real görünmədiyini bildirib və xatırladıblar ki, bloger daha əvvəl də öz ölümünü saxta şəkildə göstərməyə cəhd edib. 
Xatırladaq ki, 2023-cü ilin sentyabrında həmin bloger Azərbaycan sərhədində saxlanıldığını iddia edib. Azərbaycan Dövlət Sərhəd Xidməti onun saxlanılması ilə bağlı yayılan məlumatı təkzib etdikdən sonra bloger bunun bilərəkdən qurulmuş hadisə olduğunu açıqlayıb.   
Kateqoriyalar