N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

“Dünyanın ən yaxşı hakmi” Frank Kaprio vəfat edib

21-avqust-2025
Türkan Nəbi
“Dünyanın ən yaxşı hakmi” Frank Kaprio vəfat edib
Yazı Ölçüsü:

ABŞ-da mərhəmətli qərarları ilə tanınan hakim Frank Kaprio 88 yaşında dünyasını dəyişib.

PostMedia” xəbər verir ki, Rod-Aylend şəhərində dörd onillikdən çox hakim kimi fəaliyyət göstərən Kaprio sosial şəbəkələrdə “dünyanın ən yaxşı hakimi” kimi məşhurlaşmışdı. Onun məhkəmə zalında gülərüz və mərhəmətlə verdiyi qərarların əks olunduğu videolar bir milyarddan çox dəfə izlənilmişdi.

Onun karyerasının son illəri isə 2023-cü ildə təqaüdə çıxana qədər “Caught In Providence” adlı televiziya proqramında nümayiş etdirilmişdi.

Hakimin 3,2 milyon izləyicisi olan Instagram səhifəsində verilən açıqlamada bildirilib ki, Kaprio mədəaltı vəzi xərçəngi ilə uzun və cəsarətli mübarizədən sonra vəfat edib. O, “mərhəməti, təvazökarlığı və insanların yaxşılığına sarsılmaz inancı ilə” sevilən şəxs kimi xatırlanır.

Ölümündən bir gün əvvəl Kaprio xəstəxana yatağından paylaşım edərək pərəstişkarlarından onu dualarında yada salmalarını xahiş etmişdi.

Frank Kaprio digər televiziya hakimlərindən fərqli olaraq, sərt və qarşıdurmacı üslubdan uzaq, anlayışlı davranışları ilə seçilirdi. O, bir dəfə saatda 4 dollardan az qazanan barmenin cəriməsini ləğv etmiş, başqa bir hadisədə isə oğlunu itirmiş qadının 400 dollarlıq cərimələrini bağışlamışdı.

Kateqoriyalar