6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Kəşfiyyat rəhbərinin öldürülməsi orduya təsir etməyəcək - Xamenei

06-aprel-2026
Kəşfiyyat rəhbərinin öldürülməsi orduya təsir etməyəcək - Xamenei
Yazı Ölçüsü:

İran İslam İnqilabı Qvardiyasının (SEPAH) kəşfiyyat rəhbərinin öldürülməsi orduya təsir etməyəcək.

"PostMedia" xəbər verir ki, bunu İranın ali rəhbəri Müctəba Xamenei bildirib.

“Amerika-sionist düşmən, ölkəyə məcburi savaşda bir sıra məğlubiyyətlər yaşadıqdan sonra, növbəti dəfə öz adət etdiyi vasitəyə - terrora və ölkənin kəşfiyyat və təhlükəsizlik agentliklərinin rəhbərlərindən birinin öldürülməsinə əl atdı”.

O əlavə edib ki, general Məcid Xadimi, onilliklər boyunca ölkənin müdafiəsində iştirak etmiş və şəhid olmağa layiq görülmüşdür. Onun öldürülməsi İran silahlı qüvvələrinin dözümlülüyünü sarsıtmayacaq.

Xatırladaq ki, əvvəlcə məlum olmuşdu ki, ABŞ və İsrail qüvvələrinin zərbəsi nəticəsində SEPAH-ın kəşfiyyat şöbəsinin rəhbəri Məcid Xadimi öldürülüb.

Müəllif
Turan
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031