6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Xalq artisti Rasim Balayev vəfat edib

29-mart-2026
Xalq artisti Rasim Balayev vəfat edib
Yazı Ölçüsü:

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev vəfat edib.

PostMedia” xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Rasim Balayev 8 avqust 1949-ci ildə Ağsu rayonunda anadan olub.

1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və Bakı kinostudiyasında "Ulduzlar sönmür" adlı ekran işində kiçik bir rolla böyük kinoya gəlib.

Xalq artisti bundan sonra "Nəsimi", "Babək", "Atları yəhərləyin", "Dədə Qorqud" və digər onlarla filmdə əsas rollarda çıxış edib.

31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Rasim Balayev "Şərəf", "Şöhrət", "İstiqlal" ordenləri və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı, həmçinin bir sıra digər dövlət mükafatı və medalları ilə təltif olunub./Report.az

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031