II İlyanın vəfatından sonra Gürcüstan Pravoslav Kilsəsində idarəçilik və dəfn mərasimi ilə bağlı mühüm qərarlar qəbul edilib.
"PostMedi"nın Gürcüstn KİV-lərinə istinadən verdiyi məlumata görə, kilsənin Müqəddəs Sinodu patriarx taxtının müvəqqəti idarəçisi kimi Şio Mujirini təsdiqləyib. O, yeni patriarx seçilənədək kilsəyə rəhbərlik edəcək.
Eyni zamanda, II İlyanın dəfn mərasiminin detalları da açıqlanıb. Bildirilir ki, patriarxın cənazəsi əvvəlcə Sameba Kafedralına gətirilərək burada ictimai vida mərasimi təşkil olunacaq. Daha sonra isə o, Sioni Kafedralında dəfn ediləcək.
Qərara əsasən, patriarx Sioni məbədində müqəddəs relikviyalar – Müqəddəs Nino xaçı və İveriya Müqəddəs Məryəm ikonası arasında torpağa tapşırılacaq.
Beləliklə, həm kilsənin idarə olunması, həm də uzun illər Gürcüstanın dini lideri olmuş İlia II-nin son mənzilə yola salınması ilə bağlı proseslər rəsmi şəkildə müəyyənləşdirilib.
