6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Gürcüstan Patriarxı II İliya vəfat etdi

18-mart-2026
Gürcüstan Patriarxı II İliya vəfat etdi
Yazı Ölçüsü:

II İliya – Gürcüstanın Katolikos-Patriarxı 93 yaşında vəfat edib.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının taxt-tacının müvəqqəti rəhbəri, mitropolit Şio məlumat verib.

Bildirilib ki, patriarxın vəziyyəti gecə saat 03:00 radələrində qəfil pisləşib. O, Qafqaz Tibb Mərkəzinə mədə qanaması diaqnozu ilə yerləşdirilib və reanimasiyada süni tənəffüs aparatına qoşulmuşdu.

II İliya 4 yanvar 1933-cü ildə Vladikavkaz şəhərində anadan olub. Dünyəvi adı İrakli Şiolashvili idi. O, Moskva Ruhani Seminariyasında təhsil alıb və gənc yaşlarından dini fəaliyyətə başlayıb.

1957-ci ildə rahib kimi qəbul edilən İliya, sonrakı illərdə iyerodiakon, keşiş və arximandrit rütbələrinə yüksəlib. 1963-cü ildə Batumi-Şemokmedi yeparxiyasının yepiskopu, daha sonra isə Suxumi-Abxaziya yepiskopu təyin olunub. 1969-cu ildə mitropolit rütbəsinə yüksəldilib.

1977-ci il 23 dekabr tarixində Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu tərəfindən patriarx seçilib. Onun taxta çıxma mərasimi 25 dekabrda Svetitsxoveli kafedralında keçirilib.

O, 48 il ərzində Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edib. Onun dövründə ölkədə dini həyat əhəmiyyətli dərəcədə canlanıb: kilsə və monastırların sayı kəskin artıb, ruhanilərin sayı çoxalıb və kilsə strukturu genişlənib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930