Kaliforniya muzeyindən 1000-dən çox tarixi eksponat oğurlanıb
30-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Kaliforniyanın Oklend şəhərində yerləşən muzeyin anbarından 1000-dən çox tarixi artefakt oğurlanıb.
"PostMedia" "NBC News"a istinadən xəbər verir ki, bu barədə məlumatı Oklend Polis İdarəsi yayıb.
Hadisə oktyabrın 15-də, saat 03:30 radələrində Kaliforniya Oklend Muzeyinin şəhərdən kənarda yerləşən saxlama mərkəzində baş verib.
Polisin açıqlamasında bildirilir ki, naməlum şəxslər anbara daxil olaraq muzeyin kolleksiyasından minlərlə eksponat aparıblar. Oğurlanan əşyalar arasında yerli amerikalılara məxsus toxunma səbətlər, zinət əşyaları, noutbuklar və digər tarixi artefaktlar olub.
Hadisə ilə bağlı Oklend polisi və Federal Təhqiqat Bürosu (FTB) birgə istintaq aparır.
Muzeyin icraçı direktoru və baş direktoru Lori Foqarti hadisəni “dövlətin mədəni irsini xalqdan oğurlayan cəsarətli bir hərəkət” adlandırıb. Onun sözlərinə görə, oğurlanan əşyaların çoxu müzeyə səxavətli donorlar tərəfindən bağışlanmışdı.
İndiyədək heç bir şəxs saxlanılmayıb və oğurlanmış artefaktların təxmini dəyəri açıqlanmayıb.
Rəsmilər bildiriblər ki, bu hadisə barədə məlumat, Paris Luvr muzeyindən zinət əşyalarının oğurlanması ilə bağlı beş yeni şübhəlinin həbsindən dərhal sonra yayılıb. Həmin zinət əşyaları isə hələ tapılmayıb.
Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan İrana nota verəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan XİN İranın dron hücumlarını pisləyib
05-mart-2026
Hadisə
İran Naxçıvanı vurdu - VİDEO
05-mart-2026
Sosial
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb