6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

“SPAR” mağazasında dava olub

06-aprel-2026
“SPAR” mağazasında dava olub
Yazı Ölçüsü:
Səbail rayonu Bünyad Sərdarov küçəsində fəaliyyət göstərən “SPAR” mağazasında dava olub.
"PostMedia" Tiraj.az-a istinadən xəbər verir ki, Elşən Adıyev (ad və soyad şərtidir) adlı şəxs mübahisə zəmnində İ.Babayev adlı vətəndaşı vurub. Nəticədə İ.Babayev xəsarət alıb.
Zərəçəkmişin polisə müraciətindən sonra Elşən Adıyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib.
Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.
İş materiallarına görə, İ.Babayev Elşən Adıyevin növbəsinə daxil olmaq istəyib. Bununla da mübahisə başlayıb və Elşən Adıyev İ.Babayevin üz nahiyəsinə yumruq zərbəsi endirib.
Elşən Adıyev məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 ay müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilib.
Qeyd edəki, Avropa brendlərindən biri olan “Spar”ı Azərabaycana “Araz” supermarketlər şəbəkəsi gətirib. Hazırda “Veysəloğlu” MMC-nin tərkibində fəaliyyət göstərir.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930