N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Çeçenistan “Grozny-City” kompleksinə hücum eədmnlərə "hədiyyə" söz verib

05-dekabr-2025
Admin
Çeçenistan “Grozny-City” kompleksinə hücum eədmnlərə "hədiyyə" söz verib
Yazı Ölçüsü:

Çeçenistan rəhbəri Ramzan Kadırov “Grozny-City” kompleksinin bir binasına Ukrayna pilotsuz uçuş aparatı (BPA) ilə hücum edildiyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, hücum zamanı heç kim xəsarət almayıb.

Kadırov bildirib ki, belə hərəkətlər yalnız dinc əhalini qorxutmaq və təzyiq illusionu yaratmaq cəhdidir. Onun sözlərinə görə, döyüş meydanında uğur qazana bilməyənlər öz zəifliklərini mülki obyektlərə hücumlarla kompensasiya etməyə çalışır.

Çeçenistan rəhbəri həmçinin qarşı tərəfə cavab verəcəklərini və şəxsi “hədiyyə”nin tezliklə çatacağını qeyd edib. O, binanın isə sürətlə bərpa ediləcəyini əlavə edib.

“Grozny-City” Qroznının mərkəzində yerləşən yeddi göydələndən ibarət komplekdir. Binalar 18-dən 40 mərtəbəyə qədərdir və kompleksdə ofislər, mənzillər, otel, ticarət mərkəzi və restoranlar fəaliyyət göstərir. Ən yüksək göydələn 145 metr hündürlüyə malikdir, piramidası ilə birlikdə isə 154 metrdir. Kompleks 2007-ci ildə layihələndirilib və 2011-ci ildə istifadəyə verilib.

Hücumla əlaqədar olaraq Qrozny hava limanında 5 dekabr səhər iki dəfə uçuş məhdudiyyətləri tətbiq olunub. Bu tədbirlər adətən dron hücumları təhlükəsi zamanı həyata keçirilir. Rusiya əraziləri xüsusi hərbi əməliyyat başladıqdan sonra mütəmadi olaraq Ukrayna dron hücumlarına məruz qalır. 1–2 dekabr gecəsi 9 regionda dronlar məhv edilib, onlardan dördü Çeçenistan üzərində olub.

Kateqoriyalar