Yerevanın Karen Dəmirçiyan adına metrosunun “Sasuntsi Davit” stansiyasında işçilər sərnişinləri qatar vaqonlarından endirib, qatar isə “Garegin Njde” stansiyasına geri dönüb.
"PostMedia" xəbər verir ki, bu barədə "Sputnik Armenia" xəbər yayıb.
Məlumata görə, bir neçə dəqiqə sonra ikinci qatar stansiyaya çatıb, lakin “Sasuntsi Davit”də dayanmayıb.
Yerevan metrosundan bildirilib ki, nasazlığın səbəbi texniki problem olub.
“Elektrik gərginliyinin enməsi nəticəsində texniki problem yaranıb. Hazırda mütəxəssislərimiz işləyir, yəqin ki, yarım saat ərzində məsələ həll olunacaq,” – deyə mətbuat katibi Anna Aslanyan bildirib.
Bir müddət sonra “Sasuntsi Davit” stansiyasında endirilən sərnişinlər səfərlərini digər qatarla davam etdiriblər.