“Dallas Mavericks”in oyunçusu Brendon Uilyams beynəlxalq Dallas hava limanında 36 qram marixuana keçirməyə cəhd göstərdiyi üçün saxlanılıb. Bu barədə DLLS Sports məlumat yayıb.
“PostMedia” xəbər verir ki, idmançı hüquq-mühafizə orqanlarına çamadanın ona məxsus olduğunu təsdiqləsə də, bağlamanı menecerinin hazırladığını bildirib.
Uilyams son iki oyunda “şəxsi səbəblər”ə görə iştirak etməyib. Onun yaxınlaşan “İndiana” ilə oyunda meydana çıxıb-çıxmayacağı hələ məlum deyil. “Mavericks” rəhbərliyi hadisə ilə bağlı şərh verməkdən imtina edib.
NBA-da yeni kollektiv müqaviləyə əsasən marixuana artıq dopinq test proqramından çıxarılsa da, onun saxlanılması və daşınması ABŞ federal qanunvericiliyinə görə hələ də qanun pozuntusu sayılır.
25 yaşlı Uilyams karyerasına G-Liqada başlayıb və 2024-cü ilin aprelində “Dallas”la çoxillik müqavilə imzalayıb. Mövsüm ərzində zədəyə görə o, cəmi iki oyunda ümumilikdə 18 dəqiqə oynayıb.
NBA-nın 2025/26 mövsümünün müntəzəm çempionatı 12 aprel tarixində başa çatacaq, pley-off mərhələsi isə 18 apreldə start götürəcək.
Bundan əvvəl “Spartak”ın hücumçusu kokain qəbul etdiyini etiraf etmişdi.