“Azercell”in əməkdaşını iş başında elektrik cərəyanı vurdu, vəziyyəti ağırdır - YENİLƏNİB - AÇIQLAMA
24-oktyabr-2025
Admin
Yazı Ölçüsü:
Məsələ ilə bğlı "Azercell Telekom" MMC açıqlama yayıb.
Qurumdan "PostMedia"ya verilən məlumata görə, mediada “Azercell əməkdaşını iş başında elektrik cərəyanı vurdu” başlıqlı xəbərlə bağlı bildiririk ki, sözügedən məlumat dəqiqliyi əks etdirmir.
Hadisə nəticəsində xəsarət alan şəxs “Azercell Telekom” MMC-nin deyil, şirkətə xidmət göstərən podratçı təşkilatın əməkdaşıdır.
“Azercell” hadisədən dərhal sonra məsələni diqqətə almış, aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı dəstəyin göstərilməsi istiqamətində zəruri tədbirləri görmüşdür.
Şirkət insan təhlükəsizliyini hər zaman prioritet sayır, əmək və texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl edilməsinə xüsusi diqqət yetirir.
Lənkəran rayonunda “Azercell”in əməkdaşını iş zamanı elektrik cərəyanı vurub.
"PostMedia" xəbər verir ki, hadisə rayonun Gərgiran kəndində qeydə alınıb.
Məlumata görə, mobil operator şirkətinin enerji mühəndisi vəzifəsində çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.
O, ətrafdakı insanların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətinin ağır olması səbəbindən R.Əmənov reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir./İqtisadiyyat.az