N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Ermənistan xüsusi təyinatlıları Gümrü Şəhər Bələdiyyəsinin binasına daxil olub

20-oktyabr-2025
Turan Hüseynli
Ermənistan xüsusi təyinatlıları Gümrü Şəhər Bələdiyyəsinin binasına daxil olub
Yazı Ölçüsü:

Ermənistan daxili qoşubnlarının qırmızı beretliləri (xüsusi təyinatlılar) az əvvəl Gümrü Şəhər Bələdiyyəsinin binasına daxil olublar.

"PostMedia" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, ehtimala görə, onların məqsədi bələdiyyə sədri Vardan Qukasyanı həbs etməkdir.

Hazırda binanın daxilində Ermənistan polis rəisinin müavinləri — Kamo Vardanyan və Karen Hakobyan, eləcə də patrul xidmətinin rəisi Artur Xudinyan yerləşir.

Bələdiyyənin qarşısında isə çox sayda vətəndaş toplaşıb. Onlar bələdiyyə sədrinin həbsinə imkan verməməyə çalışırlar. Sahəyə böyük sayda polis qüvvəsi cəlb olunub və hüquq-mühafizə orqanları iki tərəfdən zəncirvari sədd qurublar. Onlar insan kütləsini yararaq Vardan Qukasyanı saxlamaga cəhd göstərirlər, lakin buna nail ola bilmirlər.

Bundan əvvəl NEWS.am xəbər vermişdi ki, güc strukturlarının əməkdaşları səhər tezdən Gümrü Bələdiyyəsinə daxil olublar.

Maskalı xüsusi təyinatlılar bələdiyyə əməkdaşlarının binaya giriş-çıxışını qadağan ediblər. Bina qarşısına toplaşan insanlar etiraz edir, gətirilən polis qüvvələrinin sayı isə getdikcə artır. Gərginlik yüksəlib və müəyyən anda polis əməkdaşları ilə vətəndaşlar arasında itələşmə baş verib.

Gərginlik bələdiyyənin içərisində də davam edir. Bələdiyyə sədri Vardan Qukasyan izolyasiya edilib və otağın qapısı qarşısında silahlı polis əməkdaşları dayanıb. İşçilər içəri daxil olaraq sədrin həbsinə mane olmağa çalışırlar. Bir qədər əvvəl Vardan Qukasyan kabinetindən çıxaraq hər kəsi sakitliyə çağırıb və bildirib ki, "qanun çərçivəsində nə lazımdırsa, ediləcək, sonra görəcəyik nə olacaq".

Məlumata görə, Yerevandan Gümrüyə əlavə polis karvanı göndərilib.

Bir qədər sonra Anti-Korrupsiya Komitəsi məlumat yayıb və bildirib ki, bələdiyyənin 8 əməkdaşı, o cümlədən bələdiyyə sədri Vardan Qukasyan rüşvət alma və vermə ittihamları ilə saxlanılıb.

Saxlanılanlar arasında şəhərin baş memarı Henrix Qasparyan da var. Komitənin yaydığı məlumatda bələdiyyə sədri ilə baş memar arasında aparılmış telefon danışıqlarının gizli yazısı da təqdim olunub.

Kateqoriyalar