"Crimson Collective" "Nintendo"ya kiberhücum etdiyini iddia edir – oyun sənayesində yeni qalmaqal
13-oktyabr-2025
Admin
Yazı Ölçüsü:
Haker qruplaşması olan "Crimson Collective" "Nintendo2nun bir neçə daxili layihə faylını ələ keçirdiyini açıqlayıb.
"PostMedia" xəbər verir ki, qrup iddiasını təsdiqləmək üçün Yaponiya oyun nəhənginə məxsus serverlərdəki layihə qovluqlarının ekran görüntülərini dərc edib.
Siyahıda artıq satışda olan oyunlarla yanaşı, hazırlanmaqda olan layihələr və ehtiyat məlumat bazaları da yer alır.
Hücuma məruz qaldığı deyilən "Nintendo"dan hələ rəsmi açıqlama yoxdur, hücumun miqyası barədə məlumat verilməyib.
Qeyd edək ki, "Crimson Collective"in adı bir neçə gün əvvəl "Red Hat" şirkətinə qarşı həyata keçirilən kiberhücumda hallanmışdı. Hakerlər iddia edirlər ki, şirkətin "GitHub"da yerləşən bağlı repozitoriyalarını sındıraraq 570 GB məlumat, o cümlədən müştərilərin autentifikasiya sistemlərinə aid fayllar ələ keçiriblər. "Red Hat" hücumu oktyabrın 2-də rəsmi olaraq təsdiqləyib və hüquq-mühafizə orqanlarına müraciət edib.
Ekspertlər ehtimal edirlər ki, "Nintendo" ilə bağlı proses də eyni şəkildə inkişaf edə bilər.
Sentyabr ayında həmin qruplaşma "Claro Colombia" telekommunikasiya şirkətinə hücum edərək 50 milyon müştəri hesabı və maliyyə sənədlərini oğurlayıb.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
05-mart-2026
HiTech
“Azercell” tarif paketlərini yeniləyir
05-mart-2026
Energetika
“Azeri Light” 5%-dək ucuzlaşdı
05-mart-2026
Energetika
Dünya bazarında Brent”in qimyəti dəyişməyib
05-mart-2026
Oğurluq
Teyker Karlsonun 7,9 milyon dollar dəyərində ALP nikotin paketləri ilə dolu yük maşını oğurlanıb