Türkiyənin paytaxtı Ankara şəhərində adı açıqlanmayan iş adamını sürücüsü tapança ilə vuraraq yaralayıb.
"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbə verir ki, hadisə bu gün səhər saatlarında Çankaya rayonunun Cevizlidere prospektində baş verib.
Məlumata görə, inşaat işi ilə məşğul olan iş adamıilə sürücüsü arasında 0avtomobildə mübahisə düşüb. Mübahisə böyüyəndə sürücü yanında olan tapança ilə müdirinə atəş açıb.
Hadisə şahidlərinin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Ayağından yaralanan biznesmen ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Polis hadisənin baş verdiyi avtomobili təhlükəsizlik lentinə alaraq araşdırmalara başlayıb.
Hadisədən sonra qaçan sürücü polis tərəfindən cinayətdə istifadə edilən silahla birlikdə qısa müddətdə saxlanılıb.
Saxlanılan ilkin ifadəsində bildirib ki, patronu onun adına şirkət açıb, daha sonra həmin şirkət iflasa uğrayıb və borclar ödənilməyib. Şübhəli, mübahisənin bu səbəbdən baş verdiyini deyib.
Hadisə ilə bağlı istintaq davam edir.

