Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
-------------------------------------------------------------------------------------------------
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
"PostMedia" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
