N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib - yaralananlar var

08-avqust-2025
Turan Hüseynli
Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib - yaralananlar var
Yazı Ölçüsü:

Ötən gün gecə saatlarında Rusiya “Şahed” tipli pilotsuz uçuş aparatları ilə Azərbaycanın SOCAR neft şirkətinə məxsus Odessa vilayətindəki neft bazasına hücum edib.

PostMedia” xəbər verir ki, bu barədə “RBC Ukraine” mənbəyə istinadən məlumat yayıb.

Zərbə nəticəsində yanğın baş verib, dizel yanacağı boru kəməri zədələnib.

Mənbələrin məlumatına görə, yanğın qısa müddətdə lokallaşdırılıb. Düşmən hücumu nəticəsində dörd əməkdaş ağır xəsarət alıb, onlara təcili tibbi yardım göstərilib.

Ziyanın miqdarı hazırda müəyyən edilir. Təcili bərpa işləri aparılır.

Mənbələr qeyd edir ki, rəsmi istintaq məlumatları hələ açıqlanmayıb, lakin idarə olunan beş dronun dəqiq hədəflənməsi neft bazasının hücumun əsas məqsədi olduğunu göstərir.

Qeyd edək ki, daha əvvəl Odessa vilayət prokurorluğu nasos stansiyasının qismən dağıldığını və müəssisələrdən birinə məxsus obyektlərin zədələndiyini bildirmişdi.

Kateqoriyalar