6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

FHN Dəvəçidə yanğının qarşısını alıb

04-avqust-2025
FHN Dəvəçidə yanğının qarşısını alıb
Yazı Ölçüsü:

Avqustun 3-ü gecə saatlarında Şabran rayonunun Dəvəçi kəndində açıq ərazidə yanğın baş verib.

 “PostMedia” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində yol kənarında 2 ha sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031