6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Yanğınsöndürən təyyarə gölə düşdü

19-iyun-2025
Yanğınsöndürən təyyarə gölə düşdü
Yazı Ölçüsü:
Türkiyənin Adana şəhərində yanğınsöndürən təyyarəsi Seyhan Su Anbarına düşdü.
"PostMedia" xəbər verir ki, qəza nəticəsində 2 pilot xəsarət alıb.
Adana valisi Yavuz Selim Köşger Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada bildirib ki, təyyarə şəhərdə baş verən meşə yanğınını söndürmək üçün havaya qalxıb, amma qəza baş verib.
Vali Köşger qeyd edib ki, təyyarədəki heyət Dəniz Polisi tərəfindən sudan çıxarılıb:
“Biri əcnəbi vətəndaş olmaqla iki pilotumuzun da səhhəti yaxşıdır. Onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıblar”.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı da məsələ ilə bağlı açıqlama verib:
“Adananın Çukurova rayonunda ucqar ərazidə başlayıb meşəyə yayılan yanğına müdaxilə edən yanğınsöndürmə təyyarəmiz, Seyhan Su Anbarından su götürərkən hələlik naməlum səbəbdən qəzaya uğrayıb. Çox şükür ki, təyyarədə olan iki pilotumuz sağ-salamat xilas olunub”.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031