6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İrəvanda yanğında Hindistan vətəndaşının meyiti aşkar edilib

07-may-2026
İrəvanda yanğında Hindistan vətəndaşının meyiti aşkar edilib
Yazı Ölçüsü:

Bu gün İrəvanda faciəli hadisə baş verib.

"PostMedia" Ermənistanın yerli KİV-lərinə istindən xəbər verir ki, saat 17:10 radələrində Malatia-Sebastia inzibati rayonunun Şeram küçəsində, “Amaranosayin 1” ərazisində yerləşən vaqon-tipli evdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürənlər alovu söndürdükdən sonra içəridə milliyyətcə hindistanlı gənc oğlanın yarıyanmış meyitini aşkar ediblər.

Yanğının baş verdiyi ev qazlaşdırılmayıb və yanğın hadisə yerində yanğınsöndürənlər tərəfindən aşkarlanan 3 kiloqramlıq qaz balonundan qaynaqlanıb.

Faktla bağlı cinayət işi başlanıb, ev sahibinin və ölən şəxsin kimliyi araşdırılır.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031