6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Qərbi Azərbaycan əyalətində peyk stansiyasına zərbə endirilib

31-mart-2026
Qərbi Azərbaycan əyalətində peyk stansiyasına zərbə endirilib
Yazı Ölçüsü:
İranın Qərbi Azərbaycan əyalətində yerləşən peyk məlumatlarının qəbulu və emalı stansiyasına zərbə endirildiyi bildirilib.
"PostMedia"nın məlumatına görə, hücumun ABŞ və İsrail tərəfindən həyata keçirildiyi iddia olunur. Bu barədə Səlmas rayonunun rəhbəri Əli Alayi açıqlama verib.
Onun sözlərinə görə, son saatlarda “amerikan-sionist qüvvələr” tərəfindən Səlmas bölgəsində yerləşən və yaxın zamanda istifadəyə verilmiş peyk tədqiqat stansiyası hədəfə alınıb. Stansiya peyk məlumatlarının qəbulu və monitorinqi üçün istifadə olunurdu.
İlkin məlumatlara əsasən, obyektə ziyan dəysə də, hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Hadisə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə baş verib və regionda hərbi qarşıdurmanın genişlənməsi ehtimallarını artırır.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031