Batumi sərhəd idarəsinin “Sarpi” sərhəd bölməsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhd ittihamı ilə xarici ölkələrin dörd vətəndaşını saxlayıblar.
"PostMedia" bu barədə məlumatı müvafiq qurum yayıb.
Saxlanılan şəxslərin yaşları 22-dən 42-yə qədərdir. Təqsirləri sübuta yetirilərsə, onları 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qurumun məlumatına görə, aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət buraxılış məntəqəsini yan keçərək, Gürcüstandan Türkiyə istiqamətində dövlət sərhədini qanunsuz və qrup halında keçməyə cəhd göstəriblər.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır.
