6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

ABŞ-də azərbaycanlı yeniyetmə itkin düşüb - FOTO

23-mart-2026
ABŞ-də azərbaycanlı yeniyetmə itkin düşüb - FOTO
Yazı Ölçüsü:
ABŞ-də yaşayan azərbaycanlı yeniyetmə Bayramzadə Ömər Yaşar oğlu itkin düşüb.
"PostMedia" xəbər verir ki, bu barədə Amerikada yaşayan tanınmış jurnalist Aynur Talıbova özünün "Amerika Gündəliyi" səhifəsində məlumat verib.
Məlumata görə, Ömər Bayramzadə artıq 3 həftədir ki, evdən çıxıb və bir daha geri qayıtmayıb:
"Əziz Amerikada yaşayan izləyicilər,
Bayramzadə Ömər Yaşar oğlunu axtarırıq. Zəhmət olmasa, dost və iş çevrəmizdə də paylaşaraq kömək edək.
Qeyd: 3 həftə əvvəl evdən ayrıldıqdan sonra ailəsi ondan xəbər ala bilmir. Polisə məlumat verilib. Təkcə Kolumbusda deyil, hər yerdə axtarlır.
Onu görsəniz və ya harada olduğunu eşitsəniz, zəhmət olmasa aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlayın.
Tel: 614 972 2860".
Müəllif
Tural
Kateqoriyalar

Təqvim