Gürcüstanda Katolikos-Patriarx II İliyanın vəfatı ilə əlaqədar matəm elan olunub.
"PostMedia" xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Hökumətin qərarına əsasən, ölkə ərazisində inzibati binalarda dövlət bayraqları endiriləcək.
Məlumata görə, II İliya martın 17-də axşam saatlarında, təxminən 22:00 radələrində 93 yaşında vəfat edib. Onun səhhəti gecə saat 03:00-a yaxın qəfil pisləşib, o, Qafqaz Tibb Mərkəzinə mədə qanaması diaqnozu ilə yerləşdirilib və reanimasiyada süni tənəffüs aparatına qoşulub.
Patriarxın cənazəsi Sameba (Müqəddəs Üçlük) kafedralında saxlanılacaq. Bu barədə Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, arxipresviter Andria Cağmaidze məlumat verib. Onun sözlərinə görə, vida mərasimləri də məhz bu məbəddə keçiriləcək.
II İliya 48 il ərzində Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edib və onun dövründə ölkədə dini həyatın genişlənməsi müşahidə olunub.
