"Buşer" AES-in cənubunda yerləşən atom elektrik stansiyasına atəş açılması beynəlxalq normaların kobud şəkildə pozulması hesab edilir. Bu barədə İran Atom Enerjisi Təşkilatı məlumat verib.
"PostMedia" xəbər verir ki, sansiyanın ərazisində mərminin düşdüyü qeydə alınıb.
Təşkilatın açıqlamasında bildirilir ki, “bu cür hərəkətlər nüvə obyektlərinə hücumları qadağan edən bütün beynəlxalq normalara ziddir və Fars körfəzindəki ölkələr də daxil olmaqla, bütün region üçün ciddi nəticələrə səbəb ola bilər”.
"Buşer" AES hazırda İranda işlək vəziyyətdə olan yeganə atom elektrik stansiyasıdır. İlk enerji bloku Rusiyanın iştirakı ilə tikilmiş və 2011-ci ilin sentyabrında milli enerji sisteminə qoşulub. Hazırda stansiyanın ikinci mərhələsinin tikintisi layihəsi həyata keçirilir və iki enerji bloku nəzərdə tutulub.
Əvvəllər Aleksey Lixachev bildirib ki, yeni blokların yerləşdiyi ərazidə işlər müvəqqəti dayandırılıb, səbəb isə döyüş əməliyyatlarıdır.
28 fevraldan etibarən ABŞ və İsrail İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. Məlumata görə, mülki əhali arasında dağıntılar və itkilər olub. Cavab olaraq İran İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinə zərbələr endirir.
