ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu – “Abraham Lincoln” aviadaşıyan gəmisinin rəhbərliyi ilə, iki təchizat gəmisi və sahil mühafizəsi katerləri ilə birlikdə Ərəb dənizinə daxil olub.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, donanmanın üzərində hərbi təyyarələr uçuşlar həyata keçirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə iri hərbi qüvvələrin yerləşdiriləcəyini açıqlamış və İranı razılaşmanı rədd edəcəyi təqdirdə güc tətbiqi ilə hədələmişdi. ABŞ Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı, ballistik raket ehtiyatlarını məhdudlaşdırmağı və regionda proksi qruplaşmalara dəstəyi kəsməyi tələb edir.