6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Rusiya tankerlərini qorumaq üçün hərbi gəmilərdən istifadə etmək istəyir

03-fevral-2026
Rusiya tankerlərini qorumaq üçün hərbi gəmilərdən istifadə etmək istəyir
Yazı Ölçüsü:

Rusiya prezidentinin Dəniz Kollegiyası Rusiyanın neft daşıyan tankerlərini qorumaq üçün Hərbi Dəniz Qüvvələrinin cəlb olunması təşəbbüsü ilə çıxış edib.

PostMedia” xəbər verir ki, “Voyennoye Obozreniye” nəşrinin yazdığına görə, bu addım NATO qüvvələri tərəfindən Qərbin sanksiya siyahısına saldığı və “Rusiyanın kölgə donanması” adlandırdığı tankerələrin ələ keçirilməsi hallarının artmasına ən effektiv cavab hesab olunur.

Prezidentin köməkçisi Nikolay Patruşevin rəhbərlik etdiyi Dəniz Kollegiyası artıq dövlət başçısı üçün müvafiq təklif hazırlayıb. Sənədin yaxın vaxtlarda Rusiya prezidentinə təqdim ediləcəyi bildirilir.

Qeyd olunur ki, Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən mülki gəmilərin hərbi müşayiəti təxribatların və mülki gəmilərə təzyiq göstərilməsi cəhdlərinin qarşısını almağa yönəlib. Dəniz Kollegiyasında hesab edirlər ki, bu yolla Rusiya dənizdəki iqtisadi maraqlarını qorumağı planlaşdırır.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031