N/A°C Bakı
1$ = 1.70₼
Hadisə

İranda iğtişaş iştirakçıları ölkənin qərbindəki bir ziyarətgahı yandırıblar

08-yanvar-2026
Türkan Nəbi
İranda iğtişaş iştirakçıları ölkənin qərbindəki bir ziyarətgahı yandırıblar
Yazı Ölçüsü:
İranda iğtişaşlarda iştirak edən şəxslər ölkənin qərbində yerləşən İlam vilayətinin Banhalan kəndindəki ziyarətgahda dağıntılar törədərək onu od vurub yandırıblar.
"PostMedia" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
“Bu gecə Bədrə rayonundakı ziyarətgahlara hücum edən vandallar Banhalan kəndində imam nəslindən olan Abbasın məqbərəsini yandırıblar”, — deyə məlumatda bildirilir.
Xatırladaq ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında ölkə valyutası — rialın kəskin ucuzlaşması fonunda başlayıb. Bu hadisələrdən sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Farzin istefa verib. Onun yerinə Əbdolnasir Hemmati təyin olunub.
İranın bir sıra şəhərlərində etiraz aksiyaları polis ilə toqquşmalara çevrilib və mövcud hakimiyyət əleyhinə şüarlarla müşayiət olunub. Məlumata görə, həm təhlükəsizlik qüvvələri, həm də iğtişaş iştirakçıları arasında ölənlər var.
Kateqoriyalar