6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstanda Ermənistanla sərhəddi qanunsuz keçən 4 xarici ölkə vətəndaşı saxlanılıb

17-dekabr-2025
Gürcüstanda Ermənistanla sərhəddi qanunsuz keçən 4 xarici ölkə vətəndaşı saxlanılıb
Yazı Ölçüsü:
Gürcüstanda Ermənistanla dövlət sərhədini qanunsuz şəkildə keçən 4 xarici ölkə vətəndaşı saxlanılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Kvir" portalı məlumat yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Tsiteli Xidi ərazisində, “Sadaxlo” sərhəd sahəsində Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçməyə cəhd göstərdiklərinə görə dörd xarici vətəndaşı – M.İ. (1995-ci il təvəllüdlü), C.A. (2001-ci il təvəllüdlü), A.M. (1998-ci il təvəllüdlü) və Z.R. (1998-ci il təvəllüdlü) saxlayıb.
Sərhəd Polisinin məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsini yan keçərək qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçib və Ermənistan Respublikasından Gürcüstan ərazisinə daxil olublar.
“Məsələ ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin "a" bəndi üzrə istintaq aparılır. Həmin maddə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – deyə məlumatda qeyd olunur.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930