N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Tbilisi hava limanında iranlı qadın psixotrop maddə gətirdiyinə görə saxlanılıb

12-dekabr-2025
Amin Şükür
Tbilisi hava limanında iranlı qadın psixotrop maddə gətirdiyinə görə saxlanılıb
Yazı Ölçüsü:
Tbilisi beynəlxalq hava limanında hüquq-mühafizə orqanları psixotrop maddənin ölkəyə gətirilməsində ittiham olunan İran İslam Respublikası vətəndaşını saxlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, 22 yaşlı qadın böyük miqdarda psixotrop maddəni – “pregabalin” tərkibli həbləri – qanunsuz əldə etməkdə, saxlamaqda və Gürcüstana qanunsuz gətirməkdə ittiham olunur.
İstintaqın məlumatına görə, Tbilisi beynəlxalq hava limanında saxlanılan şəxsin əl yükünə baxış zamanı böyük miqdarda “pregabalin” tərkibli psixotrop dərman həbləri maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan CM-nin 261 və 263-cü maddələri ilə aparılır və bu maddələr 13 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Kateqoriyalar