N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Qazaxıstan Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaxın günlərdə hesabat açıqlayacağını bildirib

12-dekabr-2025
Türkan Nəbi
Qazaxıstan Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yaxın günlərdə hesabat açıqlayacağını bildirib
Yazı Ölçüsü:
AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı aparılan istintaqın ara hesabatı yaxın günlərdə dərc olunacaq.
"PostMedia" xəbər veirr ki, bu barədə “RIA Novosti”-yə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev məlumat verib.
“Biz onu yaxın günlərdə açıqlamalıyıq, lakin bu, ara hesabat olacaq”, – Sauranbayev bildirib.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın qərbində, Aktau şəhərinə yaxın ərazidə qəzaya uğramışdı.
Aviadaşımadan verilən məlumata görə, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi isə açıqlayıb ki, qəza nəticəsində 29 nəfər sağ qalıb.
Kateqoriyalar