N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

"Ağ Ev"in mətbuat katibinin qohumu həbsdən azad edilib

09-dekabr-2025
Türkan Nəbi
"Ağ Ev"in mətbuat katibinin qohumu həbsdən azad edilib
Yazı Ölçüsü:

ABŞ-da immiqrasiya xidməti tərəfindən saxlanılan "Ağ Ev"in mətbuat katibi Kerolayn Levittin əmisiqızının anası immiqrasiya saxlanma mərkəzindən azad edilib.

"PostMedia" xəbər veirr ki, bu barədə "NBC News" məlumat yayıb.

Məlumata görə, qadın bir neçə həftə həbdə qalıb.

Bruna Kerolayn Fereyra Levittin qardaşının övladının anası noyabrın 12-də Massaçusets ştatının Revere şəhərində, oğlunu məktəbə apararkən İmmiqrasiya və Gömrük Nəzarəti agentləri tərəfindən saxlanılmışdı. Onun vəkili Todd Pomerleone bu barədə ötən ay jurnalistlərə məlumat vermişdi.

Pomerleone çərşənbə axşamı bildirib ki, Fereyra 1500 dollar girov qarşılığında azadlığa buraxılıb. Bu, immiqrasiya qanunvericiliyinə görə mümkün olan ən aşağı məbləğdir. O qeyd edib ki, Fereyra ilə qısa telefon danışığı aparıb və qadın hazırda Luizianadan şimal-şərqə qayıtdığını deyib.

“Biz inandırıcı şəkildə sübut etdik ki, o, heç bir təhlükə yaratmır və qaçmaq niyyəti də yoxdur. Biz onun qanuni daimi yaşayış yeri ala bilməsi üçün mövcud olan yardım mexanizmlərini təqdim etdik. Daxili Təhlükəsizlik Nazirliyinin onu ‘qanun pozan cinayətkar’ kimi təqdim etməsi faktiki və hüquqi baxımdan yanlışdır, çünki o, heç vaxt hər hansı cinayətə görə həbs olunmayıb”, – Pomerleone bildirib.

Daxili Təhlükəsizlik Nazirliyi isə bazar ertəsi axşam açıqlama yayaraq iddia etmişdi ki, Fereyra “Braziliyadan gəlmiş qanun pozan cinayətkar”dır və o, döyülmə hadisəsinə görə saxlanılıb. Qurumun bildirdiyinə görə, o, ABŞ-a B2 turist vizası ilə daxil olub və vizanın şərtlərinə əsasən ölkəni 1999-cu il iyunun 6-dək tərk etməli idi.

Ədliyyə Nazirliyinin açıqlamasında deyilir ki, hakim onun girov müqabilində azad olunmasına “deportasiya prosesi” başladıldıqdan sonra icazə verib. Fereyra bu təsnifatı bu həftə "The Washington Post"a müsahibəsində təkzib edib.

O deyib ki, uşaq vaxtı vizasının müddətini keçirib, bu isə yalnız mülki qanun pozuntusudur, və o, ABŞ-da böyüyüb. Fereyra bildirib ki, Levittin qardaşı Maykl ilə gecə klubunda tanış olub və ona aşiq olub.

Cütlük 2015-ci ildə nişanlarını pozub, lakin onların 11 yaşlı oğlunun valideynlik məsuliyyətini birlikdə daşımağa davam edib.

Kateqoriyalar