N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Rusiya səfirliyi öz vətəndaşlarına İranda foto və video çəkməkdən çəkinməyi tövsiyə edib

03-dekabr-2025
Türkan Nəbi
Rusiya səfirliyi öz vətəndaşlarına İranda foto və video çəkməkdən çəkinməyi tövsiyə edib
Yazı Ölçüsü:

Tehrandakı Rusiya səfirliyi rusiyalı turistlərə İrana səyahət edərkən foto və video çəkilişdən uzaq durmağı məsləhət görür. Diplomatik nümayəndəlik bunun “arzuolunmaz insidentlərdən və qeyri-ixtiyari qanun pozuntularından qaçmağa” kömək edəcəyini bildirib.

"PostMedia" “Kommersant”a istinadən xəbər verir ki, “Rusiya vətəndaşlarına yerli qanunvericiliyə ciddi şəkildə riayət etmələri və İran İslam Respublikasına səyahət edərkən ehtiyatlı və təmkinli davranmaları tövsiyə olunur”, – səfirliyin Telegram kanalında yayılan məlumatda deyilir.

Tövsiyələrin səbəbi və son vaxtlar bu sahədə hər hansı insidentlərin olub-olmaması barədə məlumat verilməyib.

İranın Rəşt şəhərində yerləşən Rusiyanın Baş Konsulluğunun saytında qeyd olunur ki, İranda dövlət qurumlarının, xarici diplomatik nümayəndəliklərin və hərbi obyektlərin foto və video çəkilişi qadağandır. Bu ərazilərdə xəbərdarlıq nişanları yerləşdirilir və qaydaların pozulması həbs olunmağa səbəb ola bilər. Bununla belə, şəhərin görməli yerlərini, tarixi abidələri və “müasir həyat mənzərələrini” çəkməyə icazə verilir.

2023-cü ildən Rusiya və İran arasında vizasız qrup səfərləri mexanizmi fəaliyyət göstərir. Bu mexanizm təşkilatlanmış turist qrupları üçün nəzərdə tutulur (5-dən 50 nəfərə qədər) və 15 gündən artıq qalmağa icazə verilmir.


Kateqoriyalar