N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Aİ Zelenskinin administrasiya rəhbərinin evində aparılan axtarışlara reaksya verib

28-noyabr-2025
Turan Hüseynli
Aİ Zelenskinin administrasiya rəhbərinin evində aparılan axtarışlara reaksya verib
Yazı Ölçüsü:

Avropa Komissiyası hesab edir ki, Ukraynada aparılan antikorrupsiya istintaqları, o cümlədən Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak da daxil olmaqla yüksək vəzifəli şəxslərin evlərində keçirilən axtarışlar, ölkədə antikorrupsiya qurumlarının işlədiyini göstərir.

"PostMedia "xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərlə görüş zamanı Avropa Komissiyasının baş nümayəndəsi Paula Pinyon deyib.

Avropa Komissiyası Ukraynanın yüksək səviyyəli rəsmilərinə aid antikorrupsiya araşdırmalarını alqışlayır.

“Biz başa düşürük ki, araşdırmalar davam edir və bu araşdırmalara böyük hörmətlə yanaşırıq. Bu, Ukraynada antikorrupsiya qurumlarının öz işini gördüyünü göstərir”, — deyə Pinyon Yermakın evində aparılan axtarışları şərh edərkən bildirib.

O vurğulayıb ki, bu fakt “antikorrupsiya orqanlarının həqiqətən mövcud olduğunu və onlara fəaliyyət göstərməyə icazə verildiyini göstərir”.

Cümə günü keçirilən brifinqdə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da mövzu ilə bağlı sualı cavablandıraraq bildirib ki, Ukrayna çətin dövrdən keçir və yüksək səviyyədə mümkün korrupsiya məsələləri davam edən sülh danışıqlarına kömək etmir — bunu RMF24 məlumat verib.

“Bu, Polşa və Qərbi Avropa üçün pis xəbərlərdir, çünki hazırda təhlükəsizlik sərhədi Rusiya-Ukrayna cəbhəsindən keçir”, — deyə o bildirib.

Nazir ümid edib ki, “son dörd ildə Ukraynanın göstərdiyi qəhrəmancasına müdafiə, emosional problemlər səbəbilə dayanmayacaq və şübhəsiz ki, bu emosiyalar Ukraynanın düşmən qüvvələri tərəfindən daha da alovlandırılacaq”.

Kateqoriyalar