6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Polisin saxladığı İbrahim Əsədli tanınmış həkim imiş - Fotolar

26-noyabr-2025
Polisin saxladığı İbrahim Əsədli tanınmış həkim imiş - Fotolar
Yazı Ölçüsü:
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd etdiyinə və digər qanunsuz hərəkətlərinə görə saxlanılan şəxslərdən İbrahim Əsədli həkimdir.
PostMedia” xəbər verir ki, İ.Əsədli həkim-onkoloqdur. O, bir müddət əvvəl onkoloji xəstəlikləri alternativ üsullarla müalicə etməklə bağlı dedikləri ilə gündəmə gəlmişdi.
Daha əvvəl isə İbrahim Əsədli işlədiyi “Loğmed” klinikasındakı kabinetində sevgilisi ilə birlikdə həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham olunurdu. Həmin vaxt həkimin xanımı mətbuata və polisə onun əməlləri ilə bağlı şikayətlər etmişdi.
Qeyd edək ki, polis əməkdaşları İ.Əsədlinin iş yerinə baxış keçirərkən oradan çoxsaylı ideoloji vasitələr və SSRİ bayraqları aşkar edilib./Qafqazinfo.az
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930