6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstan hökuməti daha 30 əcnəbini ölkədən deportasiya edib

25-noyabr-2025
Gürcüstan hökuməti daha 30 əcnəbini ölkədən deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları, nazirliyin aidiyyəti bölmələri ilə sıx əməkdaşlıq çərçivəsində, 32 xarici vətəndaşı ölkədən çıxarıblar.
"PostMedia" xəbər verir ki, bu barədə "Georgia Online" saytı Gürcüstan DİN-dən məlumat əldə edib.
Departamentin məlumatına görə, son günlər həyata keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən Türkiyə, Hindistan, İran, Pakistan, Rusiya, Kamerun, Çin və Nigeriya vətəndaşları çıxarılıb.
“Əməli qanunvericiliyə əsasən, çıxarılan şəxslərə ölkəyə giriş qadağan edilib,” – deyə DİN-in məlumatında bildirilir.
Gürcüstan DİN-in Miqrasiya Departamenti ölkədə qanunsuz miqrasiya ilə mübarizə aparan əsas orqandır. Onun səlahiyyətlərinə Gürcüstanda qanunsuz olaraq qalan xarici vətəndaşların müəyyənləşdirilməsi və onların ölkədən çıxarılması daxildir.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930